Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Avropa İttifaqı Qarabağ separatçıları ilə danışıqlara başlayır

 

“Biz Dağlıq Qarabağın nümayəndələri ilə dialoqu mütləq davam etdirəcəyik”

"Xeberinfo.com":  Virtualaz.org saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, belə bir bəyanatla Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Herbert Zalber çıxış edib.
H.Zalber Avropa İttifaqı ilə bədnam “Dağlıq Qarabağ Respublikası” arasında əməkdaşlığın bundan sonrakı inkişaf perspektivləri məsələsinə toxunub.
“Biz bu qəbildən olan dialoqu, bu gün aramızda olan indiki sayaq təmasları mütləq davam etdirəcəyik. Bu, mənim Dağlıq Qarabağ nümayəndələri ilə ilk görüşüm idi. Biz bu dialoqu davam etdirəcəyik. Ondan sonra isə bu təmasları davam etdirmək üçün daha hansı yollar tapmaq mümkün olduğunu öyrənə biləcəyik” - deyə H.Zalber bildirib.
Qeyd edək ki, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Herbert Zalber bu gün - fevralın 10-da Dağlıq Qarabağdakı separatçı rejimin “xarici işlər naziri” Karen Mirzoyanla görüşüb və danışıqlar aparıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam