Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

FHN-in xəstəxanasında ölənlərin yaxınları etiraz edirlər – Xəstəmizə zəng çatmır…-(FOTOLAR)

Yenixeber.org: FHN-in modul tipli xəstəxanasında baş verən hadisə ilə bağlı yayılan xəbər, təəssüf ki, təsdiqini tapıb.

Artıq hadisə nəticəsində ölənlərdən bəzilərinin adları da məlum olub. Nazirliyin var gücü ilə gizlətməyə çalışdığı hadisə nəticəsində onlarla adamın öldüyü bildirilir. Bəzi mənbələr 57, bəzi mənbələr 46 nəfərin öldüyünü bildirirlər. Redaksiyamıza Məlumat verən xəstə yaxınları isə azı 90 nəfərin dünyasını dəyişdiyini bildirirdilər.
Qeyd edək ki, dünən gecə saatlarında FHN-in Zığda yerləşən modul tipli stansiyasında 4 oksigen stansiyasından birinin sıradan çıxması nəticəsində 17, 18 və 19-cu korpuslarda oksigen təminatı kəsilib. Nəticədə xüsusilə də reanimasiyada olan xəstələrin vəziyyəti ağırlaşıb, onların bir çoxunun dünyasını dəyişdiyi bildirilir. Xəstə yaxınları onu da bildirirlər ki, gecə səhərə qədər vəfat edənlərin cəsədlərini guya başqa xəstəxanaya köçürmək adı ilə TTY maşınkarı ilə xəstəxanadan çıxarıblar.

Hadisə nəticəsində dünyasını dəyişənlərdən birinin Məmmədov Məhərrəm Yusif oğlu olduğu bildirilir. Sosial şəbəkələrdə ölənlərin və çətin duruma düşən və hadisədən sonra telefonlarına zəng çatmayan xəstələrin yaxınları da etiraz edirlər. Həmin etirazlardan bəzilərini təqdim edirik. Rəyləri oxuduqda hər şey gün kimi aydın olur. Lakin təəssüf ki, FHN hər zamankı kimi inkar mövqeyini seçib.(afn)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam