Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Vətən Müharibəsi qazisi yardım olunmadığı üçün medalını satır –FOTOLAR

Azərbaycanda Vətən Müharibəsi qazisi "Xocavəndin azad olunmasına görə" aldığı medalı satır.
Qazi İskəndərov Səid İman oğlu bu barədə satış elanı verib.

“Bu medalları müharibədə canımı ortaya qoyub qazanmışa. İndi yardım olunmadığı üçün satıram. Kim istəsə alsın. Vətən Müharibəsi medalıdır”, - qazi qeyd edib.
Qazi Səid İskəndərov bildirdi ki, diqqətdən kənar qaldığı üçün belə bir addım atıb: “Allah razı olsun, biganə qalmadığınıza görə. Mənim mənəvi dəstəyə ehtiyacım var. Elə bil ki, bir atanın üç övladı var, övladlardan ikisi evə qayıdır, biri qayıtmır. Qayıtmayan üçüncü övladı ata axtarar da, düzdü? Bizim də ehtiyacımız var axtarılmağa”.
YAŞAT Fonduna müraciət etdiyini deyən qazi S.İskəndərov qeyd etdi ki, Fonddan ona əlilliyin təsdiq olunması lazım olduğunu deyiblər: “Əlilliyin təsdiq olunması üçün də, çox prosedur var. İnsanları get gələ salırlar. Bizə göndəriş verirlər, amma vaxt baxımından çatdırmırıq. Saat 17:00-da qapını bağlayırlar ki, iş vaxtı bitti. Sonra da yenə eyni şey. Hazırda istədiyim müalicə dəstəyidir. Psixoloq müalicə istəyirəm. Başqa heç nə”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam