Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Meymunçiçəyi koronavirus qədər təhlükəli deyil - "Sərbəst şəkildə yoluxma halları qeydə alınır”

                            “Meymunçiçəyi təkcə meymunlardan yox, gəmiricilərdən, primatlardan da yoluxur”.

Yenixeber.org: Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva bildirilib.

TƏBİB rəsmisi qeyd edib ki, meymunçiçəyi virusu koronavirus qədər yüksək yoluxduruculuğa malik deyil: 

"O daha çox Afrika ölkələrində yayılıb. Son günlər xəstəliyin diqqət çəkməsi digər qitələrdə də yoluxma hallarının aşkarlanması ilə bağlıdır. İndiyə qədər yoluxma halları Afrika ölkələrindən gələn insanlardan yoluxma halı ilə bağlı olub. Amma indi meymunçiçəyinə tamamilə sərbəst şəkildə yoluxma halları qeydə alınır”. 

"İnsanların da bir-birinə bu xəstəliyi yoluxdurması mümkündür. İnsanlar arasında sıx və uzunmüddətli təmas olmalıdır. Bu zaman xəstə şəxs sağlam şəxsi yoluxdura bilər. Digər tərəfdən xəstə insanda olan səpgilərə təmas vasitəsilə də bu xəstəliyə yoluxma qeydə alına bilər”, - deyə TƏBİB rəsmisi bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam