Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Nərimanovda “Təhsilli gənclik - gələcəyin açarıdır” seminarı keçiriləcək

 

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət dəstəyi Şurasının maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Təhsilli gənclik - gələcəyin açarıdır” adlı layihənin seminarlarının, treninqlərinin Nərimanov rayonunda fəaliyyət göstərən ali təhsil müəssisələrində keçirilməsi nəzərdə tutulub. 

         Xeberinfo.com:    Layihənin məqsədi gənclərin dövlət üçün yararlı gənc ixtisaslı kadr olmaqları üçün düzgün ixtisas seçiminin üstünlüklərinin aşılanması, gənclərin liderlik bacarıqlarının, şəxsi inkişaflarının, təşkilati quruculuq, komanda və fərdi şəkildə fəaliyyət göstərə bilmələri ilə yanaşı düzgün qərar qəbul etmək kimi bacarıqlarının inkişaf etdirilməsidir.

İlk seminar 02 noyabr 2015-ci il tarixdə Azərbaycan Müəllimlər İnstitutunda keçirilmişdir.

Seminarda “Gənclər üçün Təhsil Mərkəzi”nin direktoru  Fəxrəddin Həsənzadə və “Mənim təhsilim – mənim gələcəyim” adlı kampaniyanın rəhbəri Rövşən Nəcəfov gənclərə təlimlər keçmiş, gəncləri maraqlandıran sualları cavablandırmışlar.

Təlimlər 08 noyabr 2015-ci il tarixə kimi davam edəcəkdir.









 

 “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi

(Bakı şəhəri, Ə.Ağaoğlu küçəsi, ev 14, m.7)

Əlaqə telefon:  496-08-20


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam