Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Qonşu ölkədə kütləvi yoluxma ilə əlaqədar üç nəfər saxlanılıb

Rusiyada "botulizm" infeksiyasına kütləvi yoluxma ilə əlaqədar üç nəfər saxlanılıb

     Rusiyada "botulizm" infeksiyasına kütləvi yoluxma ilə əlaqədar üç nəfər saxlanılıb.

Yenixeber.org: Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, məhsul istehsalı üzrə kommersiya təşkilatının faktiki rəhbəri, Moskva vilayətində qida məhsullarının hazırlanması və çatdırılması üzrə özəl təşkilatın baş direktoru, eləcə də keyfiyyət şöbəsinin rəisi saxlanılıb.

İlkin məlumata görə, saxlanılanların hamısı lobya və tuna balığı ilə zəhərli salatlar hazırlayan “Gastroport” şirkətində işləyib.

Şübhəli şəxslər təhlükəsizlik tələblərinə cavab verməyən məhsulların istehsalı və satışı ilə bağlı başlanmış cinayət işi üzrə saxlanılıblar.

Qeyd edək ki, Moskvada kütləvi şəkildə "botulizm" infeksiyasına yoluxma qeydə alınıb. "Kuxnya na rayone" hazır yemək çatdırılması xidmətinin məhsullarından zəhərlənmə ilə bağlı 121 nəfər təcili tibbi yardıma müraciət edib. Moskva merinin müavini Anastasiya Rakova hazırda 55 nəfərin vəziyyətinin ağır olduğunu açıqlayıb. Bildirib ki, onlardan 30-u reanimasiyadadır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam