Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"İnşaatda bir qolumu itirdim"- "Hünər İnşaat"dan ŞİKAYƏT/FOTOLAR

"İnşaatda bir qolumu itirdim"-

Zəngilan rayonunda fəaliyyət göstərən “Hünər İnşaat” şirkətində çalışan şəxs ağır iş qəzası nəticəsində ciddi xəsarət aldığını və şirkətin ona hər hansı dəstək göstərmədiyini iddia edir.

Yenixeber.org: Bu barədə redaksiyamıza müraciət edən Əliquliyev Ramil Boris oğlu bildirib ki, işlədiyi zaman beton aparatında baş verən qəza nəticəsində sol qolunu dibindən itirib.

Zərərçəkmişin sözlərinə görə, hadisədən sonra “Hünər İnşaat” şirkəti ona yardım göstərməyib:“Beton aparatında işləyirdim. Hadisə zamanı sol qolumu tamamilə aparat aparıb. Ağır xəsarət almışam, amma şirkət maddi dəstək göstərmədi. Məsul şəxslər isə hələ də cinayət işinə cəlb olunmur” – deyə o bildirib.

Ramil Əliquliyevin iddiasına görə, hadisə ilə bağlı aparılan araşdırmalar nəticəsində Ekspertiza və Dövlət Əmək Müfəttişliyi qəzanın baş verməsində şirkət və rəhbərliyin məsuliyyət daşıdığını ortaya qoyub. Lakin buna baxmayaraq, nə təzminat ödənilib, nə də hər hansı şəxs hüquqi məsuliyyətə cəlb olunub.

Məsələ ilə bağlı “Hünər İnşaat” şirkətindən, şirkətin mətbuat katibi Nəsimi Paşayevdən və aidiyyəti dövlət qurumlarından mövqe almağa çalışsaq da, cəhdlərimiz nəticəsiz qaldı. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.(''Ajans.az'')


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam