Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Aristokrat” klinikasında Dr. İxtiyar Məmmədov sertifakatsız, lisenziyasız necə çalışır? -İDDİA

“Aristokrat” klinikasında Dr. İxtiyar Məmmədov sertifakatsız,lisenziyasız necə stomotoloq kimi çalışır?
Sosial şəbəkələrdə saxta stomatoloq və kosmetoloqların ifşası ilə məşğul olan səhifələr bu dəfə “Dr.ixtiyar_memmedov” istifadəçi adı ilə tanınan İxtiyar Məmmədovun fəaliyyətini gündəmə gətirib.
Yenixeber.org: İddialara əsasən, İxtiyar Məmmədov hazırda Nərimanov rayonu ərazisində yerləşən Aristokrat Klinikasında fəaliyyət göstərir. Sosial media istifadəçiləri onun stomatoloji sahədə rəsmi icazə və müvafiq sənədlərə sahib olub-olmaması ilə bağlı suallar qaldırır. Bildirilir ki, onun fəaliyyətinin qanuniliyinə dair dəqiq məlumatlar ictimaiyyətə təqdim olunmayıb.

Məlumata görə, Səhiyyə Nazirliyi son dövrlərdə bu kimi halların qarşısını almaq üçün saxta tibbi fəaliyyətlə məşğul olan şəxslərlə bağlı araşdırmalar aparır. Nazirlik bu istiqamətdə ictimai siqnalları da nəzərə alaraq nəzarət tədbirlərini gücləndirib.

Tibbi icazəsi olmayan şəxslərin stomatoloji və ya digər tibbi xidmətlər göstərməsi vətəndaşların sağlamlığı üçün ciddi risklər yarada bilər. Hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilən yoxlamalar bu halların qarşısını almağa yönəlib.
Məsələ ilə bağlı rəsmi açıqlama verildiyi təqdirdə xəbərimiz yenilənəcək.
Qarşı tərəfi dinləməyə hazırıq.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam