Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Nizami rayonunda Heydər Əliyev parkının ərazisi kimə satılıb?-VİDEO

media-nizamm

Paytaxtın Nizami rayonunda, Bəhruz Nuriyev küçəsi, 20 ünvanında yerləşən Heydər Əliyev adına parkın ərazisindəki dövlətə məxsus parkinq binasının özəlləşdirildiyi və icarəyə verildiyi iddia olunur.

Yenixeber.org: Məlumata görə, hətta parkinqin təyinatı dəyişdirilib.

Qeyd olunur ki, “Lotos” ticarət mərkəzi ilə üzbəüz yerləşən parkinqdə hazırda təmir işləri aparılır. Tikilinin daxildə arakəsmələr yerləşdirilir və binanın strukturuna müdaxilə edilir. Bununla bağlı görüntülər də mövcuddur.

Ərazidə yaşayan sakinlərdən biri saytımıza bildirib ki, dövlətə aid parkinqin təyinatının dəyişdirilməsi yolverilməzdir:

“Mənim eşitdiyimə görə həmin parkinq dövlət hesabına tikilib. Onun tikintisinə 30 milyon manata yaxın vəsait sərf olunub. İndi isə orda vitrinlər yerləşdirilir, arakəsmələr qoyulur, obyektin təyinatı dəyişdirilir”.

Məsələyə aydınlıq gətirmək üçün Heydər Əliyev adına parkın direktoru İlham Məmmədovla əlaqə saxladıq. O, səsləndirilən iddiaları təkzib etdi:

“O parkinq özəl mülkdür, çıxarışı var, bütün icazələri də alınıb. Ordan gələn gəlirin vergisi də verilir. Özəl olduğuna görə, orda aparılan işlərə heç kim qarışa bilməz”.

Parkinkin dövlət və ya özəl mülkiyyət olmasını dəqiqləşdirmək üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə də əlaqə saxladıq. Hər iki qurumdan bildirdilər ki, sözügedən tikili onların balansında deyil.

  BakuPost



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam