Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Azərişıq” ASC-nin təşkilatçılığı ilə Ağdamda mətbuat konfransı keçirilib-FOTOLAR

“Azərişıq” ASC-nin Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksində media nümayəndələrinin iştirakı ilə "Azərişıq" ASC: Xidmətlərdə Rəqəmsal Transformasiya və İnnovasiyalar"adlı tədbir təşkil olunub.

Yenixeberorg.az: Hesabat xarakterli mətbuat konfransında əvvəlcə Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Vaqif Mustafayev çıxış edərək “Azərişıq” ASC tərəfindən son 9 ay ərzində paylayıcı elektrik şəbəkələrində aparılan təmir və yenidənqurma işləri, infrastrukturun müasirləşdirilməsi barədə ətraflı məlumat verib. Həmçinin rəqəmsallaşma və innovativ yeniliklərin tətbiqi istiqamətində həyata keçirilən layihələrdən söz açıb.

ASAN Xidmətlə İş Departamentinin direktoru İnam Yusifov ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində, eləcə də elektron platformalar üzərindən təqdim edilən xidmətlər barədə geniş məlumatı diqqətə çatdırıb. Bildirib ki, hazırda istehlakçılara müxtəlif istiqamətlər üzrə 18 adda xidmət göstərilir. Xidmətlərin vahid platformada təqdim olunması və rəqəmsal xidmətlərin təkrarlanmasının qarşısının alınması məqsədilə “Azərişıq” ASC-nin rəqəmsal xidmətləri “mygov” platformasına inteqrasiya edilir.

İnformasiya Texnologiyaları Departamentinin direktor müavini Vüsal İsayev rəqəmsal inkişafın sürətləndirilməsi ilə bağlı görülən işlərdən bəhs edib. Vurğulayıb ki, vətəndaşlar "Azərişıq" ASC-nin 6 elektron xidmətindən "mygov" mobil tətbiqi vasitəsilə yararlana bilər. Vətəndaş məmnunluğunun və xidmətlərin əlçatanlığının artırılması üçün gələcəkdə bu say daha da artırılacaq.

Enerji Satışı Departamentinin İnformasiya Araşdırma İdarəsinin rəis müavini Rüstəm Quliyev abonent sayı, alınan enerji, illər üzrə yığım və texniki itkilərin dinamikaları ilə bağlı danışıb. O, son illərdə həyata keçirilən yenidənqurma işlərinin və müasir texnologiyaların tətbiqinin bu göstəricilərə müsbət təsir etdiyini, nəticələrin ildən-ilə yaxşılaşdığını deyib.

"Azərişıq" ASC-nin sədrinin müşaviri Vüsal Qənbərov ölkə ərazisində, xüsusilə də Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma və əsaslı təmir işləri barədə söhbət açıb. Qeyd edib ki, vətəndaşların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, enerji itkilərinin minimuma endirilməsi məqsədilə ölkənin bütün regionlarında yeni güc mərkəzləri, müasir yarımstansiyalar yaradılır, həmçinin Transformator Məntəqələrində (TM) təmir işləri aparılır. Kənd və qəsəbələrdə, eləcə də rayon mərkəzlərində metal dayaqlar əkilir, Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilir. Yaşayış məntəqələrində müasir tipli yeni sayğaclar quraşdırılır.

Sonda media nümayəndələrinin sualları cavablandırılıb.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam