Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Binəqədidə ekoloji cinayət: ağaclar beton altında boğulur-FOTOFAKT

Binəqədidə ekoloji cinayət: ağaclar beton altında boğulur-

Binəqədi rayonunda növbəti ekoloji cinayət faktı qeydə alınıb.Redaksiyamıza daxil olmuş məlumata və təqdim edilmiş FOTOFAKTA görə Binəqədi rayon Rəşid İsmayılov 8 ünvanında ağacların dibinə beton tökülür, ərazi isə faktiki olaraq qanunsuz tikinti üçün hazırlanır.

Yenixeber.org: Adı çəkilən ünvanda yaşayış binasının arxa tərəfindəki ərazi qanunsuz olaraq zəbt olunub,iaşə obyektinin tikintisi üçün hazırlıq işləri görülür. Bu, təkcə şəhərsalma qaydalarının deyil, həm də ekologiya normalarının açıq şəkildə pozulmasıdır.
Mütəxəssislər dəfələrlə vurğulayıb ki, ağacın kök boğazının betonlanması onun qurumasına, nəticədə məhv olmasına gətirib çıxarır. Buna baxmayaraq, Binəqədidə yaşıllıqların göz görə-görə “boğulması” davam edir. Sual yaranır: bu özbaşınalığa kim icazə verib?
Mediatv.az xəbər veri ki,ərazidə hər hansı məlumat lövhəsi, rəsmi icazə sənədi və ya layihə nişanı yoxdur. Deməli, söhbət açıq-aşkar qanunsuz tikintidən gedir. Belə hallarda aidiyyəti qurumlar — icra hakimiyyəti,Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, şəhərsalma və ekoloji nəzarət strukturları dərhal müdaxilə etməli olduğu halda, görünən odur ki, proses ya görməzlikdən gəlinir, ya da kimlərsə tərəfindən himayə olunur.
Şəhərin onsuz da azalan yaşıllıq fonunda hər bir ağacın taleyi həyati əhəmiyyət daşıyır. Bu yanaşma nə qədər davam edəcək? Qanunsuz tikinti aparanlar cəzalandırılacaqmı, yoxsa növbəti dəfə də məsələ ört-basdır ediləcək?(Mediatv.az)
Qarşı tərəfin cavab haqqını tanıyırıq






Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam