Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Grandmartdan alınan "Milla" qatığın içindən görün nə çıxdı? -DE-FAKTO

Redaksiyamızın qaynar xəttinə müraciət edən vətəndaş, "Grandmart"ın Nərimanov filialından aldığı "Milla" markalı qatığın su kimi duru çıxdığını kəskin narazılıqla bildirib.

Yenixeber.org: Təqdim olunan görüntülərdə 3,5%-li qatıq adı ilə satılan məhsulun konsistensiyasının tamamilə pozulduğu və südü xatırlatdığı aydın şəkildə görünür.

Baş verən bu xoşagəlməz hal ciddi sual doğurur: məhsul zavodda istehsal xətası nəticəsindəmi bu hala düşüb, yoxsa mağazada düzgün saxlama şəraitinə əməl olunmadığı üçün strukturunu itirib?

Hər iki halda istehlakçıların aldadılması faktı ortadadır və bu, aidiyyatı qurumlar tərəfindən araşdırılmalı olan ciddi bir qida təhlükəsizliyi məsələsidir.

Vətəndaşın təqdim etdiyi alış-veriş qəbzi faktın məhz sözügedən marketdə yaşandığını sübut edir.

Qeyd edək ki, "Grand-Mart" MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Məmmədli Ramil Əşrəf oğludur. MMC-nin nizamnamə kapitalının məbləği isə 12 milyon manatdan çoxdur. "Grand-Mart" MMC-yə "Grandmart", "Megastore", "Bizim market", "Novas Home", "Bolmart" kimi böyük marketlər şəbəkələri daxildir.

Bir sıra yerli KİV-də sözügedən mağazaların hazırda həbsdə olan Adnan Əhmədzadəyə aid olduğu iddia olunur.

Xatırladaq ki, “Milla” süd məhsulları “Gilan” Holdinqin brend mallarına aiddir və iddialara görə “Milla” süd məhsulları öz adını “Gilan” Holdinqin sahibi, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun fransalı xanım tanışının adı ilə adlandırılıb.(32gün.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam