Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Hakan Ustaa SHEFZadə” restoranı vergidən necə yayınır?- İLGİNC

 

20 Yanvar metrosu ətrafında fəaliyyət göstərən bəzi kafe və restoranlarda posterminalların olmaması ilə bağlı narazılıqlar artır.

Ölkədə vergidən yayınma üsullarından biri kimi ticarət, iaşə obyektlərində və restoranlarda posterminalların quraşdırılmaması halları göstərilir. Müştərilər hesabı ödəyərkən posterminal tələb etdikdə onlara daha çox “kartdan-karta köçürmə edə bilərsiniz” cavabı verilir.

Posterminalın niyə olmadığı soruşulduqda isə müxtəlif bəhanələr səsləndirilir. Ən çox deyilən arqumentlər “obyekt yenidir”, “posterminal digər filialdadır” və ya “hazırda işləmir” kimi izahlarla məhdudlaşır.

Bu hal xüsusilə 20 Yanvar dairəsi yaxınlığında yerləşən bəzi obyektlərdə müşahidə olunur. Məsələn, “Hakan Ustaa SHEFZadə” dönər restoranı və ona bitişik bir neçə iaşə məkanında ödənişlərin əsasən kartdan-karta köçürmə yolu ilə qəbul edir.

Məsələ ilə bağlı iddialar ondan ibarətdir ki, bəzi obyekt sahibləri gündəlik dövriyyəni gizlətmək və vergi öhdəliklərindən yayınmaq üçün bu üsula üstünlük verə bilərlər.

Qeyd edək ki, qüvvədə olan qanunvericiliyə əsasən, nağdsız ödənişlərin təşviqi və şəffaflığın təmin edilməsi məqsədilə bir çox sahibkarlıq subyektləri üçün posterminalların quraşdırılması tələb olunur.Vətəninfo.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam