Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

SOCAR-a məxsus YDM-də bayrağa münasibət narazılıq yaratdı – görüntülər müzakirə olunur- VİDEO


Redaksiyamıza təqdim edilən videogörüntü əməkdaşlarımız tərəfindən qeydə alınıb. Kadrlarda küləkli və ya yağışlı hava şəraitində dövlət bayrağının dirək üzərində yararsız vəziyyətdə saxlanıldığı görünür.

Yenixeberorg.com: Qeyd edək ki, dövlət bayrağı ilə bağlı etik yanaşmada və ümumi qaydalarda əlverişsiz hava şəraitində bayrağın dirəkdən endirilməsi, onun cırılaraq və ya yararsız vəziyyətə düşərək dalğalanmasından daha doğru və hörmətli davranış hesab olunur. Bu baxımdan görüntülərin sosial şəbəkələrdə narahatlıq doğuracağı istisna edilmir.

Hazırda SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsində qeydə alınan bu hal həm media nümayəndələrində, həm də bir çox vətəndaşlarda məyusluq yaradıb. Vətəndaşlar hesab edir ki, dövlət rəmzlərinə münasibətdə daha həssas və operativ yanaşma nümayiş etdirilməlidir.

Ümid edilir ki, məsələ ilə bağlı aidiyyəti qurum tərəfindən araşdırma aparılacaq və gələcəkdə bu kimi halların təkrarlanmaması üçün lazımi tədbirlər görüləcək. (BnTv.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam