Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bu il Azərbaycanda 1391 nəfər zəhərlənmə şikayəti ilə xəstəxanaya müraciət edib

 

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1391 nəfər zəhərlənmə şikayəti ilə xəstəxanaya müraciət edib.

 

Yenixeber.org-un APA-ya istinadən verdiyi xəbərə görə, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, onlardan 111 nəfər sirkə turşusundan, 165 nəfər dəm qazından zəhərlənmə ilə daxil olub. 244 nəfər dərmanla zəhərlənib ki, onlardan da 103 nəfərində kəskin allergik reaksiyalar baş verib:

 

“Mart - sentyabr aylarında 4 nəfər qara qurd sancması, 56 nəfər etanolla (spirtli içki) zəhərlənmə, 83 nəfər ilan sancması (əsasən gürzə ilan ilə sancma) diaqnozu ilə xəstəxanaya daxil olub. İlan sancma hallarında 6 nəfər azyaşlı olub, ölüm hadisəsi qeydə alınmayıb. Yanvardan indiyədək 6 nəfər zəhərli göbələkdən zəhərlənib”.
 
A. Maqsudov qeyd edib ki, müraciətlər əsasən, regionlardan Şamaxı, Hacıqabul , Yevlax, Bərdə, Qazax, Şəmkir, Tovuz, Astara, Lənkərandan olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam