Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Bakıda mənzil bazarında QİYMƏTLƏR dəyişdi...

Bakıda mənzil bazarında QİYMƏTLƏR dəyişdi...

 

 

İlkin nəticələrə əsasən, yanvar ayında təkrar mənzil bazarında evlərin qiymətində 1.2-1.5 faiz nisbəti arasında bahalaşma müşahidə olunub

 

Yenixeber.org: Bunu Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.

R.Osmanlı qeyd edib ki, qiymət artımı gözlənilən olmayıb: "Çünki adətən yanvar ayında qiymət ya düşür, ya da stabilləşir. Amma bazarda bu dəfə aktivliyin azalması müşahidə olunsa da, əksinə qiymətlər artdı".

Ekspertin sözlərinə görə, qiymət artımı daha çox dəyəri 120 min manata qədər olan mənzillərdə müşahidə olunub.

R.Osmanlı əlavə edib ki, ilkin mənzil bazarında isə qiymətlər stabil qalıb.

Qeyd edək ki, 2017-ci ilin dekabr ayında da Bakıda mənzillərin qiymətində bahalaşma qeydə alınmışdı. Belə ki, təkrar mənzil bazarında qiymətlərdə ay ərzində artım 2.51 faiz təşkil etmişdi.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam