Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Maşın bazarında QİYMƏTLƏR dəyişdi

Maşın bazarında QİYMƏTLƏR dəyişdi

 

Yanvar ayında Bakıda maşın bazarında qiymətlərin azalması müşahidə olunub

 

Yenixeber.org: Bunu Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.

R.Osmanlı bildirib ki, 2017-ci ilin dekabr ayında avtomobil bazarında daha çox qiymət artımı müşahidə olunmuşdu. Amma ötən ilin dekabrı ilə müqayisədə 2018-ci ilin yanvar ayında qiymətlər təqribən 6.5 faiz azaldı. Ümumilikdə isə son dövrlərdə avtomobil bazarında qiymətlərin artması müşahidə olunmaqdadır:

"Onun da səbəbləri bazarda baş verən proseslərlə əlaqədardır. Yəni aksiz vergisinin artırılması, idxalın müəyyən mənada azalması buna təsir edir".

R.Osmanlının sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə avtomobil bazarında qiymətlərdə təqribən 20 faizdən artıq bahalaşma müşahidə olunub. Ekspert bildirib ki, bahalaşma qiyməti 40 min manata qədər olan avtomobillərdə daha çox özünü göstərib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam