Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Bakıda tanışını döyüb öldürən şəxsin kassasiya şikayəti təmin edilməyib

 

 

 Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Nəsrulla Zaqidulinin barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb

 

Yenixeber.az Hakim İnqilab Nəsirovun sədrliyi ilə keçirilən iclasda qərar elan elan olunub.

Qərara əsasən, N.Zaqidulinin kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, hadisə 2014-cü ilin dekabrın 24-də Səbail rayonunda baş verib. Bakı şəhər sakini İqor Samoylenko sərxoş halda xəstəxanaya gətirilib və dekabrın 27-də orada ölüb.

Maya Nikolayevna Batolova Səbail Rayon Plils İdarəsinin (RPİ) 8-ci Polis Bölməsinə (PB) müraciət edərək dekabrın 24-də oğlu İ.Samoylenkonun naməlum şəxs tərəfindən döyüldüyünü bildirib.

Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş İ.Samoylenkonun tanışı Bakı şəhər sakini N.Zaqidulin tutulub.

O, Cinayət Məcəlləsinin 126.3-Cü (qəsdən sağlamlığa ağır zərər vurma, bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqdaİ maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Zaqidulin 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə N.Zaqidulinin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam