Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Qəzetlər ictimai rəyə əvvəlki kimi təsir göstərə bilmirlər” –Əflatun Amaşov

e6aea9b691337528445e553dfcd4f42f

“Son illər Azərbaycan Mətbuat Şurasına ayrı-ayrı sosial şəbəkə profillərində yayımlanmış fikirlərlə bağlı şikayətlər daxil olmaqdadır”.

Yenixeber.org: APA-nın yerli bürosunun məlumatına görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov Tbilisidə keçirilən 15-ci “Cənubi Qafqaz media konfransı”nda çıxışında deyib.

O bildirib ki, Mətbuat Şurası bu cür şikayətlərə baxmasa da, onların sayının artdığı müşahidə olunur.

Ə. Amaşov qeyd edib ki, il ərzində Mətbuat Şurasına təxminən 400 şikayət daxil olur:“Onlayn media ilə bağlı şikayətlərin sayı ənənəvi media ilə müqayisədə artıb. Əgər 2007-2012-ci illərdə onlayn media ilə bağlı daxil olan şikayətlər 10% idisə, 2012-2015 illərdə bu rəqəm 50%-ə yaxınlaşıb. Hazırda isə daxil olan şikayətlərin yalnız 10%-i ənənəvi media ilə bağlıdır”.

Şura sədri həmçinin deyib ki, internet media vasitələrinin tam şəkildə özünütənzimləmədə yer alması vacib məqamdır: “Biz yenə də ictimai qınaqdan istifadə edirik. Ancaq hazırkı dövrdə məsələyə bir qədər konseptual yanaşmağa ehtiyac duyulur. Çünki hər hansı qəzeti ictimai qınağa çəkməklə informasiya saytını ictimai qınağa çəkmək arasında fərqlər var. Əvvəla reallıq budur ki, qəzetlər ictimai rəyə əvvəlki illərdə olduğu kimi təsir göstərə bilmirlər. İkincisi isə internet saytlarının fəaliyyəti eyni zamanda ölkələrin informasiya təhlükəsizliyi baxımından vacib məqamdır. Yəni bu arealda yayılmış hər hansı informasiya yalnız şəxslər deyil, bütövlükdə ölkələr barədə rəy formalaşdırmaq imkanına malikdir. Buna görə də daha həssas davranılmalıdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam