Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Siqaretin qiyməti 10 avro olacaq?

 

Siqaretin qiyməti 10 avro olacaq?

İspaniyanın siqaretçəkmə əleyhinə mübarizə aparan ictimai qurumları Avropa İttifaqının üzvü olan bütün ölkələrdə siqaretin qiymətlərini artırmaq xahişi ilə Avropa Parlamentinin deputatlarına müraciət ediblər

Yenixeber.org: Bu petisiya təmin olunsa, 2020-ci ildə bir qutu siqaretin qiyməti indikindən təqribən 2 dəfə çox – 10 avro təşkil edəcək.

Beləliklə, bir standart siqaret qutusunun qiymətinin nadir istisnalarla 5 avro civarında olduğu İspaniya Fransadan nümunə götürməyə hazırlaşır. Fransada “siqaret çəkmək zövqü” artıq 8 avroya başa gəlir, 2020-ci ildə isə 10 avroya başa gələcək. Fransada siqaretin qiymətləri artandan sonra bir milyondan çox siqaretçəkənin bu zərərli vərdişdən yaxa qurtarması bu tədbirin nə dərəcədə təsirli olduğunu göstərir. İrlandiya və Böyük Britaniya da analoji tədbirlər görməyi planlaşdırırlar. Avstraliya isə bu ölkələrin hamısını geridə qoyub. Burada bir qutu siqaretin qiyməti təqribən 20 avrodur.

Çoxsaylı elmi tədqiqatlar göstərir ki, siqaretin qiymətinin cəmi 10 faiz artırılması siqaretçəkənlərin sayını 3,7 faiz azaldır. Özü də belə tədbirlər cibində yetərincə pulu olmayan gənclərə daha çox təsir göstərir. Hər il İspaniyada siqaretçəkmə ilə bağlı xəstəliklərdən təqribən 50 min adam ölür. Odur ki, siqaret alma imkanlarını hətta orta təbəqə nümayəndələri üçün məhdudlaşdıran bu sərt tədbir son nəticədə çox adamın həyatını xilas edə bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam