Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Cəriməni ödəməyən sürücülərə-bəd xəbər

Son günlər yol polisinin yerli şöbələri cərimələri uzun müddət ödəməyən sürücülərlə bağlı qanunamüvafiq tədbirlər görməyə başlayıb.

Yenixeber.org: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmələrə, eləcə də sürücülərin özlərinə bildiriş və müraciətlər göndərilir.

Bu müraciətlərin mahiyyəti təyin olunmuş cərimələrini vaxtında ödəməyən sürücülərin sürücülük hüququnun məhdudlaşdırılması, eləcə də nəqliyyat vasitələrinin saxlanılması barədədir.

Belə ki DYP-nin rayon şöbələri ərazi üzrə qeydiyyatda olan sürücülər barəsində məlumatları araşdırır, iki ay ərzində cəriməni ödəməyən sürücülər barəsində avtomobilin saxlanılması qərarı çıxarılır.


Bununla bağlı onlara bildiriş göndərilir.

Digər tərəfdən cəriməni 3 ay və daha artıq vaxt ərzində ödəməyən sürücülərin sürücülük hüququnun məhdudlaşdırılması barədə məhkəmələrə müraciətlər olunur.

Artıq son bir neçə gündə yüzlərlə sürücü barəsində sürücülük hüququnun məhdudlaşdırılması qərarı çıxarılıb.

Həmçinin xeyli sayda nəqliyyat vasitələrinin saxlanılması barədə bildiriş göndərilməklə qərar qəbul olunub. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam