Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Xırdalanda tikilən yarımstansiyaya görə -şəhərin bəzi əraziləri işıqsız qalıb

Abşeron rayonu və Xırdalan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranıb.

Yenixeber.org:   Abşeron rayonu və Xırdalan şəhərinin bir hissəsində xüsusən də Quşçuluq massivi kimi tanınan yaşayış ərazisində bu gün səhər saatlarından etibarən elektrik enerjisi təchizatı dayandırılıb. “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev açıqlamasında faktı təsdiq edib.

T.Mustafayevin sözlərinə görə, bu Xırdalan şəhəri ərazisində tikilən yeni yarımstansiya ilə əlaqədardır: “Hazırda yeni tikilən 110 kVt-luq “Xırdalan” yarımstansiyasına ərazidə olan elektrik verilişi xətlərinin köçürülməsi həyata keçirilir. Təhlükəsizlik səbəbindən ərazidə enerji təchizatı dayandırılıb. Yaxın saatlarda elektrik enerjisinin verilişi bərpa ediləcək. Bu planlaşdırılmış işlərlə bağlı istehlakçıları öncədən xəbərdar etmişdik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam