Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Salyan OİL” şirkətinin fəhlələri etiraz aksiyası keçirdilər-FOTO

Bu gün səhər saatlarında “Salyan OİL” Əməliyyat Şirkətinin 200 nəfərə yaxın fəhləsi qurumun Kərimbəyli kəndindəki ofisinin qarşısına toplaşaraq xəbərdarlıq aksiyası keçiriblər.

Yenixeber.org: Şirvan büromuzun məlumatına görə, fəhlələr bütün əməliyyat şirkətləri arasında ən az əmək haqqı aldıqlarının bildirərək maaşlarının qaldırılmasını tələb ediblər. 2 saata yaxın davam edən aksiyadan sonra etirazçı fəhlələrin 7 nəfər nümayəndəsi rəhbərlik tərəfindən qəbul edilib. Müzakirələr nəticəsində əldə olunmuş razılığa görə, şirkət rəhbərliyi 2 gün ərzində fəhlələrə görə biləcəyi tədbirlər barədə məlumat verəcək.

Qeyd edək ki, hazırda müəssisədə 900 nəfərə yaxın işçi çalışır, sutkalıq neft hasilatı 600-700 ton, fəhlələrin orta aylıq əmək haqqı isə 450-500 manatdır.

Azərbaycanın quru ərazisinin Kür çökəkliyində yerləşən “Kürsəngi” və “Qarabağlı” neft yataqları müvafiq olaraq 1962-ci və 1960-ci illərdən istismar edilməyə başlanıb.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam