Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Nizami rayonunda sanitar-dezinfeksiya və digər qabaqlayıcı tədbirlər davam etdirilir-FOTOLAR

 Nizami rayonunda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir

Yenixeber.org: Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə Nizami rayonunda sanitar-dezinfeksiya və digər qabaqlayıcı tədbirlər davam etdirilir.

27 mart 2020-ci il tarixində də rayon ərazisində sanitar-dezinfeksiya işləri aparılıb, küçələr xüsusi dezinfeksiyaedici maddələrlə yuyulub, yaşayış binalarının pilləkən qəfəsələri, məhəllələrdəki uşaq-əyləncə qurğuları, idman meydançaları, istirahət parkları dezinfeksiya olunub.

Bundan əlavə, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması üçün qabaqlıyıcı tədbirlərə uyğun olaraq Rayon İcra Hakimiyyətində yaradılan müvafiq qruplar tərəfindən binalarda, ictimai yerlərdə sanitar-dezinfeksiya işlərinin mütəmadi aparılmasına nəzarət edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın 26 mart 2020-ci il tarixində keçirdiyi iclasda verilən tapşırıga uyğun olaraq, rayon ərazisində xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edilir, habelə ərazidə sakinlərlə fərdi izahatetmə-xəbərdarlıq işləri aparılır.

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam