Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

ASAPES-də üzgüçülük sahəsi üzrə potensial iş yerləri ilə bağlı infosessiya keçirilib -FOTOLAR

 
Oktyabrın 12-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) Karyera mərkəzi və “ProFit Swimming School”  üzgüçülük məktəbinin təşkilatçılığı ilə məlumat sessiyası keçirilib.
Yenixeber.org: Görüş “Kütləvi və tədbiqi idman növləri” kafedrasının üzgüçülük ixtisası üzrə  professor-müəllim və tələbə heyətinin, həmçinin  Akademiyanın 4-cü kurs tələbələri - gələcək məzunların iştirakı ilə baş tutub.
“ProFit Swimming School” üzgüçülük məktəbinin təsisçiləri və təcrübəli mütəxəssisləri iştirakçılara məktəbin metodologiyası, əhəmiyyəti və gələcək üçün müxtəlif perspektivlərindən bəhs ediblər.
Məlumat sessiyası zamanı mütəxəssislər işə qeyri-ənənəvi yanaşma və innovativ düşüncə metodikası, oyun elementlərinin istifadəsi ilə məşqin qurulması və məzunlar üçün potensial iş yerləri haqqında məlumat verərək, namizədlərin suallarını cavablandırıblar.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam