Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Sumqayıt 21 nömrəli məktəbdə “açıq bazar”-FOTOFAKT

Sumqayıtda məktəb rəhbərliyinin rüşvət alması ilə bağlı iddialara aydınlıq gətirilib

Sumqayıtda məktəb rəhbərliyinin rüşvət aldığı iddia olunur.

Yenixeber.org: Bununla bağlı redaksiyamıza valideynlər tərəfindən şikayət daxil olub. Bildirilib ki, 21 nömrəli məktəbin direktoru Qədir Mikayılov 5-ci sinif şagirdlərindən 200 manat pul tələb edir:

“Pul qarşılığında məktəbliləri ikinci növbədən birinci növbəyə keçirir. 28 şagirddən 20-si məcburiyyət qarşısında pulu verib. Digər valideynlər isə pulu verməkdən imtina edib.

Həmin məbləği verməyən valideyinlərin uşaqlarını isə sinifini dəyişərək, nisbətən zəif siniflərə köçürür”.

Şikayətçilər “açıq bazar”ın hələ yay tətilindən başladığını iddia edib. Həmin məbləği yığaraq məktəb rəhbərliyinə təqdim edən şəxsin isə valideyn komitəsinin sədri olduğu bildirilir:

“Pulu verən validenlərin uşaqlarını da yenidən səhər növbəsinə qaytarırlar. Deyirlər ki, gedin kimə şikayət etmək istəyirsinizsə edin. Valideyn komitəsinin sədrinə göndərilən məbləğin qəbzi də bizdə var.”(sumqayıt24.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam