Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Məktəb direktoru Arzu Əliyeva Salyan Peşə Liseyinə rəhbər gətirilir -İlqar Bayramlıdan "pərdəarxası" razılaşma

post-img
Peşə Təhsili üzrə Dövlət Agentliyinə yeni rəhbər təyin olunan İlqar Bayramlıdan ictimaiyyətin gözləntiləri kifayət qədər böyük idi. Şəffaflıq, köklü kadr islahatları və real inkişaf vədləri fonunda baş verən son proseslər isə tamamilə fərqli mənzərə yaradır. Amma, görünən odur ki, İlqar Bayramlı Ceyhun müəllimin "atasına rəhmət oxutduracaq" ...
Bu vəziyyət Agentlik rəhbərliyi qarşısında bir sıra cavabsız suallar qoyur:
Peşə təhsili kimi spesifik və mürəkkəb bir sahəyə rəhbər seçilərkən kənd məktəbi direktorluğu təcrübəsi nə dərəcədə kifayətdir?
Namizədin əvvəlki iş yerindəki hansı "parlaq nailiyyəti" onun məhz bu strateji müəssisəyə gətirilməsinə zəmin yaradıb?
Əgər əmr verilməyibsə, bir məktəb direktorunun bu qədər əminliklə peşə liseyinə rəhbər keçəcəyini elan etməsi hansı "pərdəarxası" razılaşmaların nəticəsidir?
Görünən odur ki, kadr siyasətində kənd məktəbindən liseyə uzanan bu "anonim" və məntiqsiz keçidlərin səbəbini anlamaq çətindir. İslahat adı altında aparılan bu müəmmalı kadr oyunları peşə təhsili sisteminə olan etimadı sarsıdır.
Qeyd etmək istərdik ki, əldə etdiyimiz məlumata görə sahəsi üzrə nəticələri, demək olar ki, yoxdur, amma sosial şəbəkələrdə blogger kimi yaxşı fəaliyyət göstərir. Təəssüf ki, bizə blogger yox, uğur və sahə üzrə mütəxəssis lazımdır.(tehsilmedia.az)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam