Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Yanğınla əlaqədar imtahanı təxirə salınmış abituriyentlərə güzəşt olmayacaq- DİM

Yanğınla əlaqədar imtahanı təxirə salınmış abituriyentlərə güzəşt olmayacaq

 

“İyulun 22-də Azərbaycan Kooperasiya Universitetində baş vermiş yanğın səbəbindən burada I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanında iştirak edən abituriyentlər üçün bütün sual kitabçaları yenidən tərtib olunacaq”.
Yenixeber.org: Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə bildirib.
Onun sözlərinə görə, DİM həmin abituriyenlər üçün iyulun 27-də imtahan təşkil edəcək: “Abituriyentlər cavab kartlarını adətən imtahanın sonunda doldururlar. Azərbaycan Kooperasiya Universitetinin binasında keçirilən imtahan zamanı abituriyentlərdən heç biri cavab kartını doldurmayıb. Ona görə də orada iştirak edən bütün abituriyentlər iyulun 27-də keçirilən qəbul imtahanında iştirak edə bilər. Bütün sual kitabçaları yenidən tərtib olunacaq və həmin abituriyentlərə hansısa güzəşt olmayacaq. Həmin abituriyentlər üçün “İmtahana buraxılış vərəqəsi” iyulun 25-də gün ərzində Dövət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək”.
DİM rəsmisi onu da qeyd edib ki, iyulun 22-də keçirilən qəbul imtahanın cavabları yaxın iki gün ərzində açıqlanacaq: “Dünəndən etibarən protokolların və cavab kartlarının emalına başlanılıb”.
Xatırladaq ki, imtahan zamanı Nərimanov rayonunda Azərbaycan Kooperasiya Universitetinin əsas binasından kənarda – idman zalında elektrik naqillərində yanğın baş verib. Hər kəs binadan təxliyyə olunub. Hadisə nəticəsində bir neçə abituriyent və nəzarətçi müəllim zəhərlənərək xəstəxanaya yerləşdirilib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam