Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Nazir müavini:"Bir neçə məktəb direktorunun işi hələ də məhkəmədədir"

“Məktəblərdə neqativ hallar hələ də davam edir”.

Yenixeber.org: Bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, əgər bir insan özü qaydaları pozursa, qarşısındakı şəxsdən qaydalara əməl etməyi tələb edə bilməz: “Bəlkə də, bu gün məktəblərdə keyfiyyət göstəricilərinin aşağı olması, valideynlərin məktəbdən uzaq, incik düşməsinin əsas səbəblərindən biri bu neqativ halların olmasıdır. Təhsil naziri Ceyhun Bayramov müəllimlərin sentyabr konfransında da açıqladı ki, neçə direktorun işi hüquq-mühafizə orqanlarına göndərilib. Hələ də işi məhkəmələrdə olan bir neçə məktəb direktoru var”.

M.Vəliyeva qeyd edib ki, dünyada texnologiya sürətlə inkişaf edir və bu yeniliklər özünü birbaşa təhsildə büruzə verir: “Bütün bunları qoyub hələ də neqativ hallarla mübarizə aparırıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam