Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Füzulili məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulublar-FOTO

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“Ölkəmizi tanıyaq” devizi ilə həyata keçirilən maarifləndirici tur-aksiyaya cəbhə bölgəsində yerləşən Füzuli rayonunun məktəbliləri də böyük həvəslə qoşulublar...

Yenixeber.org: Noyabrın 18-də Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində Füzuli rayonunun məktəblilərinin Lənkəran-Astara-Masallı istiqaməti üzrə tur-aksiyada iştirak etmək üçün yola salınması mərasimi keçirilib. Rayon ictimaiyyətinin nümayəndələrinin, təhsil işçilərinin və valideynlərin iştirak etdiyi mərasimində Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, respublikamızın bölgələrinin sosial-iqtisadi inkişafından, aparılan geniş tikinti-quruculuq işlərindən, ölkəmizdə gənclərə göstərilən hərtərəfli dövlət qayğısından danışıb, Prezident İlham Əliyevin tövsiyəsinə əsasən keçirilən maarifləndirici tur-aksiyaların əhəmiyyətini vurğulayıb.

Diqqətə çatdırılıb ki, Lənkəran, Masallı və Astara rayonları ölkə iqtisadiyyatında mühüm yerlərdən birini tutur. Bu bölgə sitrus bağları, çay və çəltik plantasiyaları, səfalı məkanları ilə tanınır, tarixi yerləri, özünəməxsus adət-ənənələri ilə seçilir. Odur ki, tur-aksiya məktəblilərin böyük marağına səbəb olacaq, onların yaddaşında silinməz iz qoyacaq.

Mərasimdə musiqi nömrələri və bədii kompozisiya nümayiş olunub. Rayon ictimaiyyətinin nümayəndələri, təhsil işçiləri və valideynlər məktəblilərə səfərlərinin xoş və mənalı keçməsi üçün tövsiyələr veriblər. Tur-aksiya iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzüb, sonra onlar üçün ayrılmış avtobusla Cənub bölgəsinə yola düşüblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam