Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Müəllim işləmək istəyənlərin nəzərinə!

 
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində müəllim işləmək üçün işə qəbul prosesi fevralın 28-dək davam edəcək.
Yenixeber.org: Təhsil Nazirliyindən verilən məlumata görə, mərkəzə informasiya kommunikasiya texnologiyaları, avtomatlaşdırma, tikinti, mexanika, elektronika, elektrotexnika, sənaye quraşdırma və avtomobil ixtisasları vakansiya elan olunub.

Müəllim və ya müəllim köməkçisi işləmək istəyən namizədlər yuxarıda göstərilən ixtisaslar üzrə peşə və ya ali təhsilə, sənaye təcrübəsinə, Azərbaycan, rus və ingilis dili biliklərinə malik olmalıdırlar. Seçim zamanı peşə təcrübəsi olanlara üstünlük veriləcək.

Namizədlər CV-lərini yuxarıda qeyd olunan ixtisaslardan birini “Mövzu” hissəsində qeyd etməklə, [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Xatırladaq ki, ən son texnoloji imkanlara malik Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında qurulan müasir təhsil kompleksidir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam