Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Tibb Universitetində yeni ixtisas üzrə magistratura proqramı yaradılıb–Açıqlama

 

Azərbaycan Tibb Universiteti “Səhiyyə menecmenti” üzrə magistratura proqramını elan edib.

Yenixeber.org:  Universitetdən verilən məlumata görə, 2 illik magistratura proqramı Azərbaycan Tibb Universitetinin təcrübəli müəllimləri, həmçinin dəvət olunmuş mütəxəssislər tərəfindən tədris olunacaq.

Bildirilib ki, proqramda düzgün səhiyyə siyasətinin aparılması, kliniki menecment, əksəriyyəti tibb işçilərindən ibarət olan və hər gün mürəkkəb fiziki, psixoloji, etik problemlərlə üzləşən kadrların idarə olunması, qlobal səhiyyə (sağlam qidalanma, ətraf mühitin mühafizəsi, ana və uşağın sağlamlığının qorunması, xəstəliklərin profilaktikası və sağlam həyat tərzinin təbliği) haqqında biliklər tədris olunacaq: “Həmçinin, səhiyyədə informasiya texnologiyalarının tətbiqi və istifadəsi, keyfiyyətli tibbi yardımın göstərilməsi və digər zəruri bacarıqlar aşılanacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam