Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Payızda xəstəlik sayının artması gözlənilir" -ÜST

Yenixeber.org: Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

O bildirib ki, hazırda pandemiya ilə mübarizədə yeni dönəmə giririk: "Payız mövsümünün gəlişi ilə xəstəlik sayının artmasını gözləyirik. Bu səbəbdən də ÜST bu günə qədər alınan dərslərdən nəticə çıxarmağı tövsiyə edir. Bu günə qədər öyrənilən şeyləri təkrar gözdən keçirməliyik. Bundan sonra bütün ölkənin sərt karantin rejiminin yenidən bərpası deyil, ancaq bölgələr üzrə fərqli tədbirlərin həyata keçirilməsi lazımdır".

H.Harmancı qeyd edib ki, ölkələr digər dövlətlərin xəstəlik üzrə göstəriciləri üzrə məlumat toplamağa davam etməlidir: "Ölkələrin epidemioloji baxımdan güvənli olmasını bilmək vacib amildir. Təbii ki, önəmli məsələlərdən biri də xəstələrlə təmasda olan şəxslərin izlənilməsi də əsasdır. Belə olan halda xəstəliyin yayılmasının qarşısını vaxtında olmaq mümkün olar. Bütün ölkələr yaxın gələcək üçün normal həyata qayıtmaq üçün çıxış yolları tapmalıdır".

ÜST rəsmisi əlavə edib ki, küçələrdə gəzmək sərbəst olsa da, tələb olunan qaydalara ciddi əməl etmək lazımdır: "Azərbaycanın xəstəlik çox olan bölgələri fərqləndirərək sərt tədbirlər görülməsini dəstəkləyirik".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam