Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Belarus sərhədlərin mühafizəsini -gücləndirdi

Belarus sərhədlərin mühafizəsini gücləndirdi
Belarus Qərb istiqamətində dövlət sərhədinin mühafizəsini gücləndirib.
Yenixeber.org: Bu barədə Dövlət Sərhəd Komitəsinin rəsmi nümayəndəsi Anton Bıçkovski deyib.

Onun sözlərinə görə, hazırda respublikadakı mövcud vəziyyətlə əlaqədar olaraq, sərhəd xidməti orqanları dövlət sərhədinin mühafizəsini gücləndirir. Əsas fəaliyyətlər Litva və Polşa ilə sərhəddə aparılır.

"Sərhəd patrullarının sayı artırılıb. Sərhəd zonasına və sərhəd zolağına gələn şəxslər və nəqliyyat vasitələrinə nəzarət gücləndirilib", - qurum rəsmisi bildirib.

Bundan əlavə, sərhədi keçənlər və nəqliyyat vasitələri buraxılış məntəqələrində intensiv yoxlanılır.

Xatırladaq ki, çərşənbə günü Belarus Sərhəd Komitəsinin sədri Anatoli Lappo dövlət sərhədinin mühafizəsinin gücləndirilməsi barədə göstəriş verib. Onun fikrincə, cinayətkar qruplar indi daha aktivləşə bilərlər və hər cür təxribat mümkündür.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam