Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Prezident -Anatoli Torkunovu təbrik edib

Prezident Anatoli Torkunovu təbrik edib
Prezident İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (Universitetinin) rektoru akademik Anatoli Torkunova təbrik məktubu ünvanlayıb.
Yenixeber.org: Mətndə deyilir:

"Hörmətli Anatoli Vasilyeviç.

Sizi 70 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq diləklərimi qəbul edin.

Siz uzun müddətdir ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna uğurla rəhbərlik edirsiniz. Sizin səyləriniz sayəsində MDBMİ haqlı olaraq dünya miqyasında ən nüfuzlu və prestijli ali məktəblərdən biri sayılır.

Siz böyük alim, pedaqoq və istedadlı təşkilatçı kimi, öz ölkələrini beynəlxalq arenada ləyaqətlə təmsil edən yüksək ixtisaslı dövlət və ictimai xadimlər, diplomatlar, jurnalistlər, hüquqşünaslar hazırlanmasına çox dəyərli töhfə verirsiniz.

Hörmətli Anatoli Vasilyeviç, Sizi yubileyiniz münasibətilə bir daha təbrik edir, Sizə uzun ömür, yeni nailiyyətlər diləyir, ən xoş arzularımı bildirirəm".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam