Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Tbilisindən -Bakı və İrəvana görüş təklifi

Tbilisindən Bakı və İrəvana görüş təklifi
Gürcüstan Tbilisidə Ermənistan və Azərbaycan nümayəndələrinin görüşünü keçirməyə və istənilən formatda dialoqun qurulmasına kömək etməyə hazırdır.
Yenixeber.org: Bu barədə Gürcüstanın Baş Naziri Giorgi Qaxariyanın rəsmi Facebook səhifəsində yayımladığı açıqlamada deyilir.

Baş Nazir qeyd edib ki, Ermənistanla Azərbaycan arasında növbəti hərbi qarşıdurma nəticəsində çətin bir vəziyyət yaranıb, çox sayda qurban var və təəssüf ki, döyüş əməliyyatlarını dayandırmaq və dialoqu bərpa etmək mümkün deyil.

Qaxariya bildirib ki, hər kəs daha da kəskinləşmənin bölgənin təhlükəsizliyinə son dərəcə mənfi təsir göstərəcəyini başa düşür. O, ATƏT-in Minsk Qrupunun həmsədrlərini, beynəlxalq aktorları gərginliyə son qoymaq və dialoqu bərpa etmək üçün imkanlarından maksimum istifadə etməyə çağırıb.

Hökumət başçısı Gürcüstanın həm Ermənistan, həm də Azərbaycanla yaxşı qonşuluq münasibətlərində olduğunu əlavə edib.

“Üstəlik, Gürcüstanda yaşayan ermənilər və azərbaycanlılar daim ölkənin və bölgənin inkişafında, güclənməsində mühüm rol oynayıblar. Onların dinc yanaşı yaşamaları gürcülərin, ermənilərin və azərbaycanlıların Cənubi Qafqazı sülh və inkişaf ərazisinə çevirə biləcəyinin yaxşı bir nümunəsidir".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam