Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Qazaxıstan səfiri -Gəncəyə hücumu pislədi

Qazaxıstan səfiri Gəncəyə hücumu pislədi
Regionda sülhə və stabilliyə təhdid olan Ermənistan-Azərbaycan münaqişəsinin gərginləşməsi ilə əlaqədar ciddi narahatlığımı ifadə edirəm.
Yenixeber.org: Bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov deyib.

"Beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklər nəzərə alınmaqla şəhərlərin, onların sakinlərinin və mülki obyektlərin atəşə tutulmasını qeyri-insani və qəbuledilməz hesab edirəm. Bu baxımdan Gəncə şəhərinə növbəti raket hücumunu və günahsız uşaqlar da daxil olmaqla mülki şəxslərin ölümünü qətiyyətlə pisləyirəm.

Qurbanların ailələrinə və yaxınlarına səmimi qəlbdən başsağlığı verir və yaralıların tezliklə sağalmasını arzulayıram.

Qazaxıstanın bundan öncə ifadə olunan və dəyişilməz mövqeyi çərçivəsində, bir daha münaqişənin sülh yolu, beynəlxalq hüquq prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, bundan əvvəl qəbul olunan BMT Təhlükəsizlik Şurasının Qətnamələrə uyğun olaraq həll edilməsinin vacibliyini təsdiqləyirəm", - deyə səfirin bəyanatında vurğulanıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam