Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Aİ -Qarabağda döyüş əməliyyatlarının başa çatmasını alqışlayır

Aİ Qarabağda döyüş əməliyyatlarının başa çatmasını alqışlayır

Avropa İttifaqı Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın arasında noyabrın 9-da imzalanmış atəşkəs razılaşmasının ardından Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasını alqışlayır.

Yenixeber.org: Bu barədə Aİ-nin Mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

“Aİ tərəfləri insan itkisinin qarşısını almaq üçün atəşkəsə ciddi şəkildə əməl etməyə davam etməyə çağırır. Aİ atəşkəsin müddəalarının yerinə yetirilməsini, xüsusən də nəzarət mexanizmi ilə əlaqədar prosesləri yaxından izləyəcək.

Aİ bir daha ATƏT-in Minsk qrupunun beynəlxalq formatını tam şəkildə dəstəklədiyini bildirir və sabitləşmə, münaqişədən sonrakı bərpa və etimadın artırılması tədbirlərinə dəstək verərək münaqişənin davamlı və hərtərəfli həllinin formalaşmasına effektiv töhfə verməyə hazırdır”, - bəyanatda qeyd olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam