Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bakıda hərbi hissədəki silahlı insidentlə bağlı rəsmi məlumat

 

Müdafiə Nazirliyi Bakıda hərbi hissədə baş verən silahlı insidentə aydınlıq gətirib
 
"Xeberinfo.com":  Nazirliyin mətbuat xidmətindən bildirilib ki, martın 31-də saat 13:30 radələrində 3 nəfər mülki şəxs əllərində soyuq silahla (bıçaq) Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsindəki silah-sursat anbarları yerləşən ərazinin 2 hasarını keçərək mühafizə olunan və qadağan olunmuş sahəyə daxil olublar.
 
Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinin tələblərinə uyğun olaraq, görülən tədbirlər nəticəsində əraziyə qeyri-qanuni daxil olan şəxslərdən ikisi tələblərə tabe olaraq dayanıb. Üçüncü şəxs tələblərə tabe olmadığından və havaya xəbərdarlıq atəşindən sonra hərəkəti davam etdirdiyinə görə ona qarşı silah işlədilib.
 
Hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
 
Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı "Azadlıq.info" yayıb. Məlumata görə, “Xaşaxuna bağları” adlanan ərazidə yaşayan Şahverdiyev Zəfər Çıraq oğlu martın 31-dən aprelin 1-nə keçən gecə güllələnib. Nəticədə o, xəstəxanada dünyasını dəyişib.
AZadlıq.info

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam