Redaktor seçimi
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
Günün xəbəri

Ərdoğandan sevindirici xəbər -"Nəticəyə nail olduq"

“Müdafiə sənayesinin inkişafı ilə bağlı gücləndirilmiş iş rejimində çalışacağıq. Bu sahədə sevindirici xəbərlərimiz var”.

Yenixeber.org: Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara-Niğde avtomobil yolunun açılışında çıxışı zamanı deyib.

O bildirib ki, ABŞ-ın Türkiyəyə qarşı birtərəfli sanksiya tətbiqindən sonra müdafiə sənayesinə, bu sahədə önəmli xidmətləri olan Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmirə və onun kollektivinə daha çox çox dəstək verəcəklər.

“Biz Türkiyəyik, böyük düşünməliyik. ASELSAN və “Roketsan” tərəfindən inkişaf etdirilən ilk milli və yerli hava hücumundan müdafiə sistemimiz olan “HİSAR-A” Türkiyə ordusunun silahlanmasına daxil olmaq üçün testdən keçirilib. Amma bu bir az gecikdi. Səbəbi nə idi, bilirsinizmi? Xaricdən aldığımız bir hissəyə embarqo qoyulmuşdu. Amma biz yerli hissəni qısa müddətdə istehsal etməyi bacardıq və nəticəyə nail olduq. Nə qədər maneə olmağa çalışsalar da, “HİSAR-A”-nın mütəmadi istehsalına başlanıb, xeyirli olsun”, - deyə Ərdoğan vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam