Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Xaçmazda -reydlər davam etdirilir

 

Xaçmazda sərtləşdirilmiş karantin rejimi qaydalarına riayət edilməsi məqsədilə reydlər davam etdirilir

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq tibbi maskalardan istifadə etməyən şəxslərə qarşı reydlər keçirilir, qaydalara riayət etməyən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür. Həmçinin yaşayış yerini tərk edən vətəndaşların SMS icazələrinin olub-olmaması da yoxlanılır, müvafiq qaydada icazə almadan yaşadıqları ünvanları tərk edən şəxslərlə profilaktiki söhbətlər aparılaraq, onlara sərtləşdirilmiş karantin rejiminin tələbləri çatdırılır.

Bundan əlavə rayonun giriş və çıxışlarında karantin postları qurulub. Rayon ərazisinə daxil olmaq istəyən sürücü və sərnişinlərin sənədləri polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən yoxlanılır, xüsusi icazələri olmadan rayon ərazisinə daxil olmaq istəyən şəxslər isə yaşadıqları ünvanlara geri qaytarılırlar.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam