Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Qonşu ölkədə koronavirusun mutasiya olunmuş növü aşkarlanıb

 

         

           Gürcüstanda koronavirusun mutasiya olunmuş növünə ilk yoluxma qeydə alınıb.

Yenixeber.org: Bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi məlumat yayıb. Bildirilib ki, pasiyent 50-dən çox yaşı olan kişidir.

Yoluxan şəxsin sağlamlıq vəziyyətinin qənaətbəxş olduğu və təcrid edildiyi bildirilib.

Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktorunun müavini Paata İmnadze Səhiyyə Nazirliyində keçirilən mətbuat konfransında qeyd edib ki, koronavirusun mutasiyaya uğramış növü ilə bağlı üç bioloji material genetik analiz edilib  və onlardan birinin nəticəsi pozitiv olub. Yoluxan şəxsin Britaniyaya səfər tarixçəsi olmadığı, bununla belə Gürcüstana üçüncü ölkədən səfər etdiyini açıqlanıb. 

P. İmnadze qeyd edib ki, virusun mutasiyaya uğramış yeni növü əvvəlkindən daha ölümcül və ya şiddətli deyil, yalnız daha sürətli yoluxmaq qabiliyyətinə malikdir. O, ölkədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin indi daha vacib olduğunu qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam