Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Baydenin andiçmə mərasimində təhlükəsizlik tədbirləri daha da gücləndirilməlidir” –Vaşinqton meri

Vaşinqton meri Myuriel Bauzer ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin andiçmə mərasimində təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsinin vacibliyini bildirib.

Yenixeber.org: Bu barədə Vaşinqton meri Daxili Təhlükəsizlik Məsələləri üzrə Departamentin katibi Çad Volfa məktubunda qeyd edib.

Ötən həftə hazırkı prezident Donald Trampın tərəfdarlarının Kapitoliyə hücumunu qeydə alınmamış terror hücumu kimi təsvir edən Vaşinqtonun meri vurğulayıb ki, C. Baydenin yanvarın 20-də keçiriləcək andiçmə mərasimi ötən illərdə baş tutmuş andiçmə mərasimlərindən fərqli yanaşma tələb edir: “Mən yerli, regional və federal  tərəfdaşlarımızla əməkdaşlığı genişləndirmək istiqamətində çalışıram və Daxili Təhlükəsizlik Məsələləri üzrə Departamenti də andiçmə mərasimi ilə bağlı öz fəaliyyətini müvafiq şəkildə qurmağa çağırıram”.

Mer qeyd edib ki, inauqurasiya mərasiminin təhlükəsizliyinin təmin edilməsi üçün Daxili Təhlükəsizlik məsələləri üzrə Departament Ədliyyə Nazirliyi, Müdafiə Nazirliyi, Ali Məhkəmə və Konqreslə koordinasiyalı şəkildə işləməlidir.

Qeyd edək ki, yanvarın 20-də Vaşinqtonda yeni prezident Co Baydenin andiçmə mərasimi keçiriləcək. Hazırkı prezident Donald Tramp mərasimə qatılmayacağını bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam