Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ceyhun Bayramov Mevlüt Çavuşoğlu ilə Qarabağ bəyanatını müzakirə etdi

 Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasına rəsmi səfəri çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşüb.

Yenixeber.org: Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazirlər bölgədə mövcud olan cari vəziyyəti, 10 noyabr 2020-ci il tarixli birgə bəyanatın icrasını, eləcə də Moskva şəhərində imzalanmış 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatın reallaşması məsələlərini müzakirə ediblər.

Tərəflər həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələlər, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Görüşdə habelə qarşılıqlı maraq doğuran digər regional məsələlər müzakirə edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam