Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Qonşu ölkədə “Britaniya” ştammı yayıldı

 

Koronavirusun “Britaniya” ştatmmının artıq İranda da yayıldığını demək olar.

Yenixeber.org: Məlumata görə, bunu İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Səid Nəməki tibb universitetləri rektorlarının videokonfrans formatında keçirilən iclasında deyib.

S.Nəməkinin sözlərinə görə, ötən günlərdə Tehranda heç yerə səfər etməyən 71 yaşlı qadının mutasiyaya uğramış virus nəticəsində ölməsi, Qəzvin vilayətinin Abyek, Əlborz vilayətinin Həştgerd şəhərlərində oxşar hadisələrin baş verdiyi yeni versiyanın İranda yayıldığını sübut edir.

Nəməki əlavə edib ki, koronavirusun mutasiyaya uğramış versiyası bu virusun yayılmasının qarşısını almaq üçün ciddi həyəcan siqnalıdır: “Mutasiyaya uğramış koronavirus Avropada ən güclü səhiyyə sistemini diz çökdürüb. İran üçün çətin günlər başlanır. Buna görə İranda bu virusla mübarizəyə hazır olmaq lazımdır”.

İranlı nazir bildirib ki, mutasiyaya uğramış koronavirus yoluxma və ölüm hallarında əvvəlki versiyasından qat-qat üstündür.

Qeyd edək ki, bu günədək İranda 1 510 873 nəfər koronavirusa yoluxub, 58 883 nəfər ölüb, 1 291 726 nəfər sağalıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam