Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Dövlət qulluğuna qəbul olmaq istəyənlər imtahan verir-A və B növü üzrə

Bu gün inzibati rəhbər (A növü) və inzibati icraçı (B növü) vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq istəyən namizədlər test imtahanı verir.

Yenixeber.org: Dövlət İmtahan Mərkəzinin məlumatına görə, inzibati vəzifələrin B növünə aid vəzifələr üzrə olan imtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 6, Gəncədə isə 1 binada təşkil olunur. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 593, BB qrupu üzrə 1 263 olmaqla, ümumilikdə 1 856 namizəd qeydiyyatdan keçib.

İnzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan vəzifələr üzrə test imtahanı elektron qaydada, kompüterlər vasitəsilə DİM-in Bakı şəhər Nəsimi rayonu, Əbdülvahab Salamzadə, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında keçirilir. Bu imtahanda 57 namizədin iştirakı nəzərdə tutulur.

İmtahanlar saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam