Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

 Polis karantin rejimi ilə əlaqədar -Ağdaş və Şəkidə reydlər keçirib

Şəki və Ağdaşda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, ölkə ərazisində elan edilən xüsusi karantin rejimi qaydalarına riayət olunması məqsədilə növbəti reydlər keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan yenixeber.org-a verilən məlumata görə, polis əməkdaşları şəhərdaxili marşrut avtobuslarında, mağazalarda, açıq ictimai məkanlarda, eləcə də digər qapalı obyektlərdə keçirdikləri reydlər zamanı vətəndaşlarla maarifləndirici söhbətlər  aparıb, karantin qaydalarına riayət etmələrinin vacibliyini onların diqqətinə çatdırıblar. Gündəlik olaraq həyata keçirilən nəzarət-profilaktik tədbirlərdə əsas məqsədin onların maarifləndirilməsi, sağlamlıqlarının və təhlükəsizliyinin qorunması olduğunu bildiriblər.

Reydlər zamanı ictimai nəqliyyatda, mağazalarda qaydaların pozulması hallarına rast gəlinib. Belə ki, bəzi sürücü və sərnişinlərin, satıcı və müştərilərin tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədiyi, kassaların önündə sosial məsafənin gözlənilmədiyi aşkarlanıb. Aparılan izahedici söhbətlərdən, edilən xəbərdarlıqlardan nəticə çıxarmayaraq qaydaları pozmaqda davam edən şəxslər barəsində isə qanunvericiliyə uyğun tədbir görülüb.

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam