Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

TV vasitəsilə kommunal xidmətlər üzrə ödəniş etmək olacaq

 

Azərbaycanda kommunal və digər xidmət növləri üzrə ödənişi televizor vasitəsilə həyata keçirmək mümkün olacaq

 

"Xeberinfo.com":  Məlumata görə, bunu Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə deyib.
 
Mənbə qeyd edib ki, yeni xidmətdən resiverlər (HTTP Live Streaming - HLS protokolunu dəstəkləyən) vasitəsilə istifadə etmək mümkün olacaq. Resiverlərdə "şəxsi kabinet" opsiyası yerləşdiriləcək.
 
Onun sözlərinə görə, yeni platformanın "Elektron hökumət" (e-gov.az) portalının server platformalarına inteqrasiyası sayəsində onlayn ödənişlər etmək mümkün olacaq.
 
HLS yeni yayım standartı yaxın həftələrdə kommersiya istismarına veriləcək, sonra onlayn ödənişlər opsiyası işə salınacaq.
 
HLS protokolunun üstünlüyü ondan ibarətdir ki, TV paketə internetin (internet xidmətinin tədarükçüsündən asılı olmayaraq) olduğu istənilən yerdən daxil olmaq mümkündür.
 
HLS-də TV proqramlarına distant idarəetmə pultu ilə birlikdə tövsiyə edilən IP-dekoderlər (Set-Top-Box) vasitəsilə baxmaq mümkün olacaq.
 
İstifadəçilər bir neçə TV paketdən yararlanacaqlar. Paketlərdə kanalların sayı 60 (baza paketi) və daha çox olacaq. Abonent haqqı 9 manatı ötməyəcək. Ödənişi onlayn və ictimai yerlərdə quraşdırılan ödəniş terminalları vasitəsilə həyata keçirmək mümkün olacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam