Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ermənistanda 1580 cinayət işi açılıb-müharibəyə görə

 

               44 günlük Qarabağ müharibəsi ilə əlaqədar Ermənistanda 1580 cinayət işi açılıb.

Yenixeber.org: Bu barədə Ermənistanın Baş prokurorluğu məlumat yayıb. Qeyd edilib ki, 628 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilib. Təqsirləndirilənlər arasında adları hələ açıqlanmayan yüksək rütbəli zabitlər də var. İrimiqyaslı cinayət işlərinin istintaqı əsas bir neçə istiqamətdə aparılır: hərbi xidmətə çağırış və səfərbərlik zamanı pozuntular, müharibədən əvvəl və müharibə zamanı silah alınmasında mümkün korrupsiya sxemləri, Silahlı Qüvvələrin və ayrı-ayrı bölmələrin idarə edilməsində cinayət xarakterli pozuntular, taktiki və strateji əməliyyatların həyata keçirilməsi, komandanlığın əmrlərinə tabe olmamaq.

Bundan əlavə, Milli Təhlükəsizlik Xidməti Şuşa və Hadrutla bağlı mediada və sosial şəbəkələrdə yayımlanan materialları araşdırıb.

Prokurorluğun nümayəndəsi Edqar Arsenyanın sözlərinə görə, söhbət Şuşa və Hadrut ətrafında döyüşlərdən gedir. O bildirib ki, daha bir cinayət işi dövlətə xəyanət səbəbilə başlanıb. Hərbi qulluqçuların valideynlərindən pul tələb etmə faktları üzrə isə 5 cinayət işi açılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam