Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Xəzərin Rusiya hissəsində -Xəzər suitilərinin kütləvi ölümü qeydə alınıb

#

Xəzər dənizininRusiya hissəsində (Dağıstan sahilində) adı “Qırmızı Kitab”a daxil edilmiş Xəzər suitilərinin kütləvi ölümü qeydə alınıb.

Yenixeber.org: Bu barədə Rusiyanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, sahilə bir neçə kilometr yaxın ərazidə 170 Xəzər suitisinin cəsədi tapılıb: “Demək olar ki, hamısı (90%) cavan fərdlərdir, bədən uzunluğu 60-80 santimetrdən çox deyil, yəni bu suitilər təxminən iki yaşındadır. Ehtimal olunur ki, suitilərin ölüm səbəbi balıq torları ilə bağlıdır. Daha sonra onların dəriləri soyulub vəyenidən dənizə atılıb”.

Qeyd olunub ki, Rusiyanınekologiya və təbii sərvətlər naziri Aleksandr Kozlov vəziyyəti şəxsən öz nəzarətinə götürüb.

Nazirlikdən onu da bildiriblər ki, hazırda müvafiq fotoşəkillər, ölü heyvanların tapıldığı ərazinin koordinasiyası və digər faktlar sistemləşdirilir, toplanmış materiallar aidiyyəti qurumlara göndəriləcək.

Faktlaəlaqədar Rusiya Federasiyası İstintaq Komitəsinin Dağıstan Respublikasındakı İstintaq İdarəsi prosessual yoxlama başladıb.

Qeyd edək ki, Xəzər suitisi Xəzər dənizində məskunlaşan yeganə dəniz məməlisidir. O, Xəzər dənizinin endemik növü olmaqla bərabər, dünyada suitilərinin ən xırda növü sayılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam